“Cloud Transformation” zamanı bir çox yeni söz öyrəndik. DevOps, SysOps və bir çox digər sözlər indi gündəlik dilimizdə istifadə olunur. Lakin qulağımız yeni bir söz eşitməyə başladı FinOps.
FinOps nədir? DevOps, bir çox əməliyyatlarımızın birləşməsi olduğu kimi, FinOps da maliyyə və əməliyyatların birləşməsidir. Bəli, düzgün başa düşmüşük. İT-yə maliyyə qoyuluşundan danışırıq. Bu bizə qəribə gəlirmi? Bəlkə də çox tez bu nəticəyə gəlmişəm, etiraf edirəm. Beləliklə, sadəcə bir addım geri çəkilərək əvvəldən başlayıq.
Cloud Transformation
Hər birimiz, bulud texnologiyasının (Cloud) nə olduğunu və biznesin nəyə ehtiyacı oldğunu başa düşürük. Həm də ümid edirəm ki, texniki baxımdan bulud transformasiyasını necə keçəcəyimizi bilirik. Mənim özümün də müəyyən bir dövrüə kimi mühəndis kimi düşüncələrim dəyişərək, biznes yönümlü olmağa başladı. Artıq biznesin maraqlarının İT də nə olduğunu dərk edir və o istiqamətdə yönlədirməyə çalışmağa başlayıram.
Uzun müddət əvvəl, virtual maşınlar dövründə olduğumuz zaman xərclərimizi ölçə bilmədik və bir çox bulud xüsusiyyətlərini əldən verdik. Bir virtual maşının xərcləri nə qədərdi hesablaya, maliyyə hesabatlarımızda əks etdirə bilmədik. Biznesin tələb etdiyi xərclər o zaman belə çıxır ki düzgün hesablanmayıb və düzgün proqnozlar verilməyib. Biz sadəcə bağlı qutunun kənarlarındakı maliyyəyə nəzarət edə bilmişik.
Biznesin tələblərini yerinə yetirmək üçün, məlumat mərkəzimiz üçün avadanlıqlarının ( ram, cpu, storage …) alınması eləvdə çətin deyildi. Bir kalkulyatordan istifadə edərək illik resurslarımızı hesablayıb IT infrastrukturunun nə qədər investisiyaya ehtiyacı var onu başa düşüb biznesi ona yönəldirdik. Maliyyətlərimizi proqnozlaşdırmaq, büdcəmizi ayırmaq və xərcləri düzgün hesablamaq asan idi.
Ancaq müştərinin tələbkar olduğu bir gün uzaqda deyildi. Həmin gün ki, mühəndislərin bu cür istəkləri yerinə yetirmək üçün köməyə ehtiyacları olacaqdır. O gün bu gündür. Bu probelmin həlli isə Cloud olduğunu hamımız çox gözəl bilirk.
Bəs xərclər? Satıcılar bizə “ehtiyacınız olduqda istədiyinizi əldə edin” kimi bir şey satırlar. Lazım olan qədər ödəyin. ''Cloud'' ənənəvi IT satınalmalarını pozmağamı başladı. Development komandası büdcələrini istədikləri kimi xərcləyə bilməyəmi başladı. Amma … bunun qiyməti nə qədərdir? İstifadəçi bazam ikiqat artırsa, nə qədər olacaq? Bu suallar, bir SaaS xidməti satarkən əmələ gələn suallardandır. Bu zaman hər bir istifadəçi xərcini düzgün hesablamalı və istifadəçi başına düşən maliyyəti bilməliyik. Bu məqsədə nail olmaq üçün, qiymətləri birbaşa Cloudun qiymətindən asılı olacaq şəkildə modelləşdirməliyik.
Xərclərin əksəriyyətinin disk sahəsi ilə bağlı olduğu və sizin disk istifadəsinə görə ödəməli olacağınız bir Cloud xidməti təsəvvür edin. Bundan əlavə, şirkətimiz hər ay beş min azn bizim xərclərimizə maliyyə ayırıb və biz bunu xərcləyirik.Bu suallar məni düşündürür. Bu düzgün məbləğdir? Pul hara xərclənir? Bunlar qanuni suallardır, bu səbəbdən buluda güvənən və çox pul xərcləyən bir şirkət üçün, buludun işləməsi üçün xərclərə nəzarət vacibdir.
Bu səbəbdən şirkətdə başqa bir sözə, daha doğrusu fərqli bir rola ehtiyacımız var.
FinOps nə edir?
Buludda keyfiyyəti və xərcləri optimallaşdırmaq, tənzimləmək maliyyə hesabatını tənzimləyir.
FinOps əsasları bunlardır:
Maliyyəyə nəzarət: Maliyyətlərin haradan gəldiyini bilmək. (Subscribe satışa nəzarət)
Performansın tənzimlənməsi: Ehtiyacmız olan yerə xərcləmək və mənbələri yenidən nəzərdən keçirmək.
Düzgün zamanda qərar vermə: Proqnozlaşdıra biləcəyimiz və qərar qəbul etməyimiz lazım olan real vaxt məlumatlarına sahib olmaq.
Resursları proqnozlaşdıra bilmək: Bulud məlumatlarının istifadəsinə dair statistikaları istifadə edərək, gələcəyə olan tələbatı qiymətləndirə və endirim barədə danışıqlar apara bilərik.
İT və maliyyəni bir araya gətirmək: Əməkdaşlıq düzgün büdcəni, xərclərin optimallaşdırılmasını təmin edir və pul israfının qarşısını alır.
Bu bir rol dəyişiklikdir və bütün lazımi bacarıqlara sahib bir adam tapmaq çətindir.
Büdcənin imkan verdiyi ən yaxşı seçim, maliyyə və İT işçilərindən ibarət çoxsahəli bir agile komandasının ayrılmasıdır. Cloud xərcləmə qaydası asandır. Yalnız istifadə etdiyimizi xərcləyirik. Məsələ nə istifadə edəcəymizi bilməkdir.
Bu, nəzarət edə bilməyəcəyimiz xarici amillərdən asılıdır. Hər hansı bir məhsulun televiziyada reklam kampaniysına başladığı kimi, bir SaaS məhsulunda rəqəmsal marketinqi haqqında düşünək. Reklamdan sonra marketinq işçiləri neçə nəfərin mağazaya girib alış-veriş edəcəyini bilmədiyi kimi, satışların da dəqiq miqdarını bilmirlər, lakin mənfəət əldə etmək üçün kampaniyaya edib xərcləmələr həyata keçirilər.Sistem eynidir, kim məhsulun veb saytını milyonlarla insanların axtaracağını təxmin edə bilərdi ki? və ya kim məshulun subscribe alışının günlük yüzlərlə hesablaya bilərdi ki. Bu nümunəni düşünsək, bunun yeni bir problem olmadığını başa düşəcik. Kampaniyanın nəticəsini proqnozlaşdırırlar, çünki qərarlarını dəstəkləyən məlumatları var. Xərclərin tarixçəsinə və gözlənilən yükdən gələn məlumatlara əsaslanaraq bunu həyata keçirirlər.Bir FinOps mütəxəssisi əvvəlcədən maliyyə qaynaqları ayıra bilər və ya xərcləri qiymətləndirə bilər.
Bu gün şirkətlərin SaaS xidmətlərindən istifadə etməsinin aktivliyi bizə artıq Maliyyə departamentimizdə bu rolda çalışacaq əməkdaşların vacibliyini səsləndirir. Misal üçün biz şirkətimizdə Jira məhsullarının istifadəçisiyik. Ödəməmiz aylara görə dəyişir. Tənzimləmə mexanizimiz necə olmalıdır? və ya bu tip platformaların çoxluğu günü gündən artacaq, o zaman biznes satınalma zəncirini necə qurmalıdır ?
Həqiqətən komandamda bir FinOps-a ehtiyacım varmı?