UDC-nin anket nəticələrinə görə Dünya CTO’ların 78% -i, rəqəmsal transformasiya strategiyası baxımından ən vacib və kritik olanı 'Cloud' hesab edir. Şirkətləri bulud xidmətləri barədə düşünməyə vadar edən əsas amillərdən biri də, avadanlıqların ( Server, storage və telekommunikasiya) 40% ömrünün sonuna yaxınlaşmasıdır. Məlumat mərkəzlərinin 29% -i yeniləməyə və ya dəyişdirməyə ehtiyac duyur. Şirkətlərin biznes komandasının26%-i IT departamentindən daha çox çeviklik sürət tələb edirlər.
Anket nəticələrini qiymətləndirərkən rəqəmsal strategiyaları təyin edərkən CIO’ların və ya CTO ların nələrə diqqət etməsi lazım olduğunu incələyək.
Şirkətlərin və Qurumların ( Banklar, Sığorta, Xəstəxanlar, Yayım media, Mağazalar zənciri, dövlət qurumları …..) əlindəki avadanlıqlarının demək olar ki tutumlarının yarısının bitdiyinin və yeni nəsil avadanlıqlara ehtiyac duyğulduğu bir zamanda yaşayırıq. Önümüzdəki illərdə bulud investisiyalarının SaaS xidmətlərinə sürətli bir keçid göstərəcəyini və SaaS bazarının hər il 20% artdığacağını proqnozlaşdırılar.
CIO və ya CTO- lar doğru rəqəmsal transformasiya strategiyası üçün nə etməlidir?
Bulud xidmətlərinin rəqəmsal çevrilmədə böyük əhəmiyyəti var. “Rəqəmsal transformasiya strategiyası baxımından doğru bulud strategiyasının qurulması vacibdir. Buludun reallığını qəbul etmək və buna uyğun bir strategiya yaratmaq üçün CIO və CTO — lar aşağıdakılara diqqət yetirməlidirlər:
- Şirkətlərinin yerləşdiyi sektoru və xaricdəki oxşar qurumların təcrübələrini və strategiyalarını diqqətlə araşdırmalıdırlar.
- Buluda keçiddə qarşılaşacaqları çətinlikləri müəyyənləşdirməli və buna hazır olmalıdırlar.
- 5 illik avadanlıq strategiyasını bir daha nəzər etməlidirlər.
- Bulud provayderlərindən asılı olmağın qarşısını almaq üçün həll yolları olmalıdır.
- Tərəzi böyüdükcə, ödəmə əsaslı istehlak modellərini tətbiq edib etməmələri sualına cavab tapmalıdırlar. FinOPS haqqında maliyyəçiləri təlimləndirməlidirlər.
- Düzgün kadr siyasəti aparmalıdır, İT əməkdaşlarının rollarını dəyişməsi başlanılmalıdır. Ənənəvi vəzifə adlları və rollar dəyişdirliməldir.
- AWS, Microsoft Azure, GCP kimi nəhənglərin serifikatlarını almaq yaxşı olardı.
- Ölkəmizdə Cloud Provayder olan Azcloud ilə tanış olmaq vaxtıdır.
Dünyada artan trend: SaaS Services
Gartnerə görə dünyada 100 milyard dollarlıq SaaS bazarı var , “SaaS bazarı hər il yüzdə 20-dən çox böyüyür. Beləliklə, bir çox iş yükü buluddakı SaaS infrastrukturlarına keçərkən, e-poçt kimi əsas sistemlər bunlardan bəzilərini təşkil edir. SaaS-Powered Workplace-in araşdırmasına görə, 2022-ci ilədək təşkilatlar tətbiqlərinin yüzdə 80-dən çoxunu SaaS infrastrukturlarına miqrasiya edəcəklər.
Eyni zamanda, Cisco Qlobal Bulud İndeksinə görə, SaaS tətbiqetmələri bu il üçün bütün bulud iş yüklərinin yüzdə 74 % ni tutacaq.
Nəticədə, şirkətlətin qurumların əlindəki avadanlıqların 40% ömrünün sonuna yaxınlaşması və hər bir qurumun öz fermasını yeniləməsi üçün böyük investisiyaların tələb edilməsi. Bütün bu rəqəmləri nəzərə alsaq, buluda və SaaS-a investisiyaları qaçınılmazdır.