April 13, 2021

Həyat özü də bir məhsuldur

Həyatın təyini nədir?

Həyat varlıq, dirilik deməkdir. Bir doğum evində dünyaya insan gəlir. Ona ad verilir. İnsan bəslənilir, yeriməyə, danışmağa, işləməyə başlayır. Bu insanın cəmiyyətdə yeri, gördüyü işlər, münasibətdə olduğu insanlar, yaşadığı yer və s. olur.

Yaxşı, bəs məhsul nədir?

Hansısa ehtiyaca və ya istəyə cavab verən vahiddir. Məhsul beyində dünyaya gəlir (ideya olur). Ona ad verilir, məhsulun inkişafı üçün müxtəlif həllərin validasiyası aparılır. Sonda özünü doğruldan həll işə salınır.

Bu məhsulun bazarda tutduğu yer, gördüyü iş, qatdığı dəyər, əlaqədə olduğu digər sistemlər və s. olur.

Məhsul virtual və ya fiziki ola bilir.

İnsan özü fiziki olsa da, sosial şəbəkələr köməyi ilə həyatın “daha yaxşı” virtual versiyasını yarada bilər.

Got a project idea? Let's discuss it!